MY Ferqyusonla yollarını ayıracaq
İdman
15.10.2024 18:25
“Mançester Yunayted” klubu sabiq baş məşqçisi Aleks Ferqyusonla bağlı qərar verib.
TodayPress xəbər verir ki, futbol veteranı klubun səfiri vəzifəsindən azad ediləcək.
Ferqyuson cari mövsüm başa çatdıqdan sonra səfir funksiyasını yerinə yetirməyəcək.
Rəhbərlik bu addımı xərclərin azaldılması məqsədilə atıb.
Hər il Ferqyusona 2,16 milyon funt sterlinq ödəyən Mançester təmsilçisi bu vəsaitə qənaət etməyi lazım bilib.
Klubun səhmdarı Cim Ratkliff bununla bağlı 82 yaşlı futbol veteran ilə müzakirə aparıb. Tərəflər qarşılıqlı razılıq əldə ediblər.
Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.
Namiq HUN
tag: Mançester ,Cim Ratkliff ,Aleks Ferqyuson , Aleks Ferqyuson ,todaypress.az,