MY Eriksenlə bağlı qərar verdi

İdman

02.10.2024 12:25

Danimarkalı yarımmüdafiəçi Kristian Eriksen “Mançester Yunayted”i tərk edir.

TodayPress “Teamtalk”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yeni futbolçu ilə müqavilə imzalamaq üçün Eriksenlə ayrılmağa qərar verib. 

İllərin təcrübəsi heyətdəki yerini “Kristal Pelas”ın 20 yaşlı yarımmüdafiəçisi Adam Uortoya təhvil verəcək. 

Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. 

O, ümumilikdə 78 oyunda iştirak edib, 6 qol vurub, 14 məhsuldar ötürmə edib. 

Namiq HUN

tag: Eriksen ,Kristal Pelas ,Mançester Yunayted ,Müqavilə, todaypress.az,