MY bunu bacaran yeganə komandadır

İdman

07.03.2025 16:06

1939

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Sosyedad”la (1:1) heç-heçə edən “Mançester Yunayted” cari mövsümdəki uğurlu seriyasını davam etdirir.   

TodayPress xəbər verir ki, “qırmızı şeytanlar” Avropa Liqasının və Çempionlar Liqasının 72 klubu arasında cari mövsümdə heç bir oyunda məğlub olmayan yeganə komandadır.   

Komanda ümumilikdə, 2024/2025 mövsümündə Avropa Liqasında 9 oyun keçirib.

“Qırmızı şeytanlar”ın aktivində 5 qələbə və 4 heç-heçə var.   

Namiq HUN

tag: Mançester Yunayted, Futbol, Liqa, Turnir, todaypress.az,