Mutu Rumıniya futboluna qayıtdı
İdman
28.12.2024 23:00
"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu yenidən Rumıniya futboluna qayıdır.
TodayPress Rumıniya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis “Petrolul” klubunun yeni baş məşqçisi olacaq.
Türk məşqçi Mehmet Topalın istefa etməsinin ardından Ploieşti təmsilçisi Mutu ilə danışıqlara başlayıb. Klub prezidenti Klaudiu Tudor mətbuata açıqlamasında tərəflərin artıq razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, Mehmet Topalla müqavilə rəsmən ləğv olunduqdan sonra Adrian Mutu ilə yeni sözləşmə imzalanacaq.
Xatırladaq ki, Adrian Mutu 2023/24 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olub. Rumıniyalı mütəxəssis daha əvvəl ölkəsində ÇFR klubunu çalışdırıb və bu ilin aprelində istefaya göndərilib.
Namiq HUN
tag: Rumınya, Təmsilçi, Mütəxəssis, Klub, todaypress.az,