Mütləq dünya çempionu titulu döyüşünün vaxtı müəyyənləşdi

İdman

17.04.2025 10:55

8

Ukraynalı Aleksandr Usiklə britaniyalı Daniel Dübua arasında ağır çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu adı uğrunda revanş döyüşü iyulun 12-də Londondakı “Uembli” stadionunda baş tutacaq.   

TodayPress xəbər verir ki, peşəkar boksçular ilk dəfə 2023-cü ilin avqustunda qarşılaşıblar. Həmin döyüşdə Usik 9-cu raundda rəqibinə nokautla qalib gəlib. 

38 yaşlı Usik peşəkar rinqdə məğlubiyyət tanımır. Ukraynalı yumruq ustasının hesabında 23 döyüşdə 23 qələbə var.

O, 14 döyüşdə nokautla qalib gəlib. Onun ötən il dekabrın 22-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində britaniyalı Tayson Fyuriyə qarşı keçirdiyi sonuncu revanş döyüşü 12 raund davam edib. Usik hakimlərin yekdil qərarı ilə qələbə qazanıb. Bu qələbə ilə Usik Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Təşkilatı (IBO), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Şurası (WBC) versiyaları üzrə ağır çəkidə dünya çempionu titullarını qoruyub saxlayıb. 

27 yaşlı Dübuanın peşəkar rinqdə 22 qələbəsi (21-i nokautla) və 2 məğlubiyyəti var. Sonuncu döyüşünü o, 21 sentyabr 2024-cü ildə britaniyalı həmyerlisi Entoni Coşuaya qarşı keçirib və 5-ci raundda texniki nokautla qalib gələrək IBF titulunu qoruyub.   

Namiq HUN

tag: Daniel Dübua,Aleksandr Usik,Titul,Döyüş,Todaypress.az,