Mussa Diabi “Əl-İttihad”la razılaşdı
İdman
22.07.2024 10:02
İngiltərənin "Aston Villa" klubunun və Fransa millisinin futbolçusu Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
TodayPress xəbər verir ki, Mali əsilli yarımmüdafiəçi “Əl-İttihad” klubu ilə razılığa gəlib.
Diabinin keçidi 60 milyon avroya başa gələcək. Orta xətt oyunçusu ilə 5 illik müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, 25 yaşlı futbolçu ötən ildən “Aston Villa”nın formasını geyinir. O, Birminqem təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub.
Namiq HUN
tag: İngiltərə, Aston Villa, Ərəbistan, Mali, Diabi, todaypress.az,