Muslera qərar verdi

İdman

27.12.2024 09:55

“Qalatasaray” klubunun uruqvaylı qapıçısı Fernando Muslera cari mövsümün sonunda İstanbul təmsilçisindən ayrılacaq.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, qolkiper yayda başa çatacaq müqavilə müddətini uzatmaq istəmir. 

38 yaşlı futbolçu ölkəsinin “Penyarol” klubuna keçməyi düşünür.

Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən “Qalatasaray” klubunun şərəfini qoruyur.

Namiq HUN

tag: Qalatasaray, Klub, Penyarol, Fernaldo, todaypress.az,