Muslera: “Bəyənmirsə, gedə bilər”

İdman

12.11.2024 11:25

752

“Qalatasaray” klubunun qapıçısı və kapitanı Fernando Muslera “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu Türkiyə futbolu ilə bağlı dediyi sözlərə görə tənqid edib.

TodayPress xəbər verir ki, uruqvaylı futbolçu bu haqda İspaniyanın “AS” nəşrinə müsahibəsində bildirib.

Mourinyo Türkiyə futbolunun hakimliyi və sistem idarəçiliyindən narazılığını ifadə edib və bildirib ki, “bilsəydi, bura gəlməzdi”.

Muslera portuqaliyalı mütəxəssisin fikirlərinə cavab olaraq deyib:

“Onun Türkiyə futbolunu təhqir etməsi və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss edirəm. Mən bu 14 ildə 17 titul qazanmışam. Verdiyim töhfələri nəzərə alaraq, daimi məqsədim Türkiyə futbolunu inkişaf etdirməkdir. Əgər dörd ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu tənqid edirsə və bəyənmirsə, gedə bilər. Baxmayaraq ki, ona heç kim heç nə demir. Biz türk futbolunu təbliğ edənlərə daha çox diqqət yetirməliyik”.

Namiq HUN

tag: Muslera,Türkiyə, Portuqaliya,Qalatasaray,todaypress.az,