Musiala Bundesliqa tarixinə düşə bilər

İdman

06.12.2024 16:25

“Bavariya” klubunun və Almaniya millisinin hücumçusu Camal Musiala Münhen təmsilçisindən rekord məbləğdə müqavilə təklifi alıb. 

TodayPress “Bild”ə istinadən xəbər verir ki, “Bavariya” 21 yaşlı futbolçuya müddəti 2030-cu ilə qədər olan yeni sözləşmə təklif edib. 

Camal razılıq versə, mövsümə 20 milyon avro maaş (ümumilikdə 100 milyon avro) alacaq. 

Bu, həm klub, həm də Bundesliqa üçün yeni rekord olacaq.

Camal Musialanın “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Namiq HUN

tag: Bavariya, futbol, Mövsüm ,Razılıq, todaypress.az,