Musiala “Bavariya”nın əsas futbolçusudur

İdman

09.10.2024 12:40

1506

“Real” təhlükəsi “Bavariya”nı cavab tədbiri görməyə məcbur edib. 

TodayPress “Sky Sport”a istinadən xəbər verir ki, Münhen təmsilçisi  yarımmüdafiəçisi Camal Musialanın maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

21 yaşlı futbolçunun “Real”a keçməməsi üçün “pivəçilər” gənc yarımmüdafiəçini klubun ən çox maaş alan iki oyunçusundan birinə çevirməyə hazırdır. 

“Bavariya” ona ildə 25 milyon avro ödəyəcək. 

Hazırda klubda bu məbləğdə maaş alan yeganə futbolçu Harri Keyndir.

Camal Musialanın “Bavariya” klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Qeyd edək ki, futbolçu cari mövsüm meydana çıxdığı bütün turnirlərdə 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Bavariya ,Münhen ,Futbolçu ,Turnir ,Real ,todaypress.az,