Musiala Almaniya millisinin ən yaxşı futbolçusu seçildi
İdman
13.12.2024 10:21
Almaniya yığma komandasının hücumameyilli yarımmüdafiəçisi Camal Musiala 2024-cü il üçün Bundestimin ən yaxşı futbolçusu seçilib.
TodayPress Almaniya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, azarkeşlərin səsverməsinə əsasən ən yaxşı adına layiq görülüb.
Azarkeşlərdən 56 faiz səs toplayan "Bavariya"nın 21 yaşlı üzvü Florian Virts və Kay Havertsi qabaqlayıb.
Qeyd edək ki, Camal Musiala Almaniyada keçirilən Avropa çempionatında meydana çıxdığı 5 matçda 3 qol vurub.
Namiq HUN
tag: Futbol ,Almaniya ,Rəsmi, Yığma ,todaypress.az,