Musayev yeni turnirdə yarışacaq
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev yeni turnirdə iştirak edəcək.
TodayPress xəbər verir ki, idmançı bu barədə rəsmi “X” hesabında paylaşım edib.
Musayev “Global Fight League”də yarışacaq.
Qeyd edək ki, 35 yaşlı idmançı son olaraq “Rizin” Döyüş Federasiyasında mübarizə aparıb. Tofiq Musayev dekabrın 31-də Yaponiyadakı “Saitama Super Arena”da braziliyalı rəqibi Roberto Satoşi Souzaya uduzub.
Namiq HUN
tag: Tofiq Musayev,Global Fight League,MMA,İdman,todaypress.az,