Musayev “UFC Fight Night” turnirində döyüşəcək
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev UFC-də debüt edəcək.
TodayPress “MMA Azerbaijan”a istinadən açıqlayır ki, o, ilk döyüşünü iyunun 21-də Bakıda baş tutacaq “UFC Fight Night” turnirində keçirəcək.
35 yaşlı MMA döyüşçüsünün UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib.
Tofiq Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib.
O, “Rizin” turniri çərçivəsində yaponiyalı Kodji Takedaya nokautla qalib gəlib.
Qeyd edək ki, Olympus Fight Clubun təmsilçisi MMA-da keçirdiyi 27 döyüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.
Namiq HUN
tag: Tofiq Musayev,UFC,MMA,Döyüş,Todaypress.az,