Musayev ikinci dəfə ayın məşqçisi seçildi
“Sabah”ın sabiq baş məşqçisi, hazırda Rusiyanın “Krasnodar” klubunda çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.
TodayPress xəbər verir ki, o, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Sergey Semak (“Zenit”), Martsel Liçka (“Dinamo Moskva”), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovla (“Fakel”) mübarizə aparıb.
Murad Musayev oktyabrda “Krasnodar”la Rusiya Premyer Liqasında üç qələbə qazanıb.
Qeyd edək ki, 14 oyundan sonra 36 xal toplayan “Krasnodar” hazırda Rusiya çempionatının lideridir.
Namiq HUN
tag: Sabah, Rusiya, Krasnodar, Liqa, Murad Musayev, todaypress.az,