Musa Sou idman direktoru oldu

İdman

13.08.2024 13:05

1645

Superliqa təmsilçilərindən "Fənərbağça"nın sabiq futbolçusu Musa Sou Makedoniyanın "Qostivar" komandasına idman direktoru təyin edilib.

TodayPress xəbər verir ki, “Qostivar”ın heyətində keçmiş "Beşiktaş" futbolçusu Oğuzhan Aydoğan ilə yanaşı, bir vaxtlar "Fənərbağça"da çıxış etmiş Erten Ersu, Alper Potuk və Nabil Dirar kimi adlar da var.

Qeyd edək ki, seneqallı mütəxəssis 2012-ci ildə futbolçu kimi "Lill"dən "Fənərbaxça"ya keçib. O, “sarılacivərdlilər”lə 2013/14 mövsümündə Türkiyə çempionu titulunu qazanıb. Forvard 2 dəfə Türkiyə kubokuna, 1 dəfə ölkə Superkubokuna sahib çıxıb. 

Namiq HUN

tag: Superliqa, Fənərbağça,Oğuzhan Aydoğan,Alper Potuk,Türkiyə, todaypress.az,