Murzin adını şahmat tarixinə yazdırdı

İdman

30.12.2024 09:54

Nyu-York şəhərində keçirilən rapid üzrə dünya çempionatını Volodar Murzin qazanıb. 

TodayPress xəbər verir ki, rusiyalı şahmatçı 13 mümkün xaldan 10 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

Turnirdə bir məğlubiyyətə belə uğramayan 18 yaşlı şahmatçı rapid üzrə dünya çempionatları tarixində ikinci ən gənc qalibdir.

Murzin bu göstəricidə yalnız 2021-ci ildə 17 yaşında çempion olmuş Özbəkistan şahmatçısı Nodirbek Abdusattorovdan geri qalır.

Namiq HUN

tag: Nyu-York,Volodar Murzin,Turnir,Özbəkistan,Nodirbek Abdusattorov,todaypress.az,