Muradov intizamsızlığa görə komandadan qovuldu
“Şamaxı” klubu yarımmüdafiəçi İlkin Muradovu komandadan qovub.
TodayPress xəbər verir ki, futbolçu intizamsızlıq səbəbindən heyətdən kənarlaşdırılıb.
Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov da futbolçunun göndərildiyini təsdiqləyiq:
“Onun komandadan göndərilməsinə səbəb intizamsızlıqdır”.
Qeyd edək ki, İlkin Muradov cari mövsüm “Şamaxı”ya keçmişdi.
Namiq HUN
tag: Şamaxı, Ayxan Abbasov, İlkin Muradov, İntizamsızlıq, todaypress.az,