Muradlı Reykyavikdə mütləq liderdir
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İslandiyada keçirilən "Reykjavik Open" turnirinin mütləq lideridir.
TodayPress xəbər verir ki, qrossmeysterimiz qara fiqurlarla türkiyəli Eray Kılıça qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb.
Aktivində 4 xalı olan Muradlı əlavə göstəricilərə görə hindistanlı Abhijeet Guptanı qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.
Reykyavik turnirində yarışan digər şahmatçımız Eltac Səfərli isə liderdən yarım xallıq geriləmə ilə 9-cu yerdədir.
Namiq HUN
tag: Şahmat,Məhəmməd Muradlı,Reykavik,Qələbə,Todaypress.az,