Muradlı liderlər qrupunda

İdman

19.03.2025 09:31

1601

Rumıniyada kişi şahmatçılar arasında Avropa çempionatı davam edir.     

TodayPress xəbər verir ki, Eforie Nord turnirində Azərbaycan şahmatçılarından ən yaxşı nəticə Məhəmməd Muradlının aktivindədir.   

Çempionatın IV turunu qələbə ilə başa vuran Muradlı aktivini 3,5 xala yüksəltməklə adını liderlər qrupuna yazdırıb.   

Üç turdan sonra 100 faizlik nəticə ilə liderlər qrupunda yer alan Misrətdin İskəndərov ilk məğlubiyyətini alıb. Qrossmeyster çempionatın ispaniyalı lideri Daniil Yuffaya uduzub. 

Digər şahmatçılarımızdan Nicat Abasov və Aydın Süleymanlı günü qələbə ilə başa vurublar, Əhməd Əhmədzadə isə xal bölgüsünə razılaşıb. 

Qeyd edək ki, 40 ölkədən ümumilikdə 376 idmançının mübarizə apardığı yarışda Azərbaycanı 13 şahmatçı təmsil edir.   

Avropa çempionatında Dünya kubokuna 20 vəsiqə veriləcək.   

Namiq HUN

tag: Azərbaycan,Şahmat,Çempionat,Məhəmməd Muradlı,Todaypress.az,