Murad Musayevdən qalmaqallı hərəkət
İdman
09.12.2024 15:45
"Sabah" futbol klubunun sabiq baş məşqçisi Murad Musayev yeni adından söz etdirib.
TodayPress Rusiya mətbuatına istinadən xəbər verir ki, hakimlərlə müntəzəm mübahisələrə görə vərəqələrlə cəzalandırılan mütəxəssis bu dəfə ölkəsində eyni hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Hazırda çempionatın lideri, "Krasnodar" klubunun baş məşqçisi olan Musayev "Lokomotiv"ə qarşı Premyer Liqanın XVIII turunun matçında qırmızı vərəqə alıb.
Rusiya Futbol Federasiyasının Nəzarət-İntizam Komitəsindən bildirilib ki, Musayev həmin matçda köməkçi hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən 41 yaşlı mütəxəssis komitənin iclasına dəvət olunub.
Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə Bakının "Sabah" klubunun baş məşqçisi işləyib.
Namiq HUN
tag: Nəzarət ,Komitə, Məşq, Tur, todaypress.az,