Murad Musayev Qurban Qurbanova dəstək oldu

İdman

18.12.2024 10:02

“Qarabağ” yaxşı oyun sərgiləyir. Hesab edirəm ki, onlar bacardıqları qədər hər şeyi yaxşı edirlər”. 

TodayPress azerisport.com saytına istinadən xəbər verir ki, bu sözləri hazırda Rusiya Premyer Liqasında “Krasnodar” klubunun baş məşqşiçi olan Murad Musayev deyib. “Sabah”ın sabiq baş məşqçisi “Qarabağ”a dəstək olub.

Mütəxəssis “Qarabağ”ın ötən mövsüm Avroliqadakı uğurlu çıxışından sonra rəqiblərin ona daha ciddi yanaşdığını bildirib:

“Avropa Liqasında keçən ilki uğurlu mövsümdən - “Braqa” mübarizədən kənarlaşdırıldıqdan və “Bayer 04”ü 1/8 finalda yarışdan uzaqlaşdırmağa yaxın olduqdan sonra rəqibləri “Qarabağ”ı daha çox öyrənməyə və ona daha böyük hörmətlə yanaşmağa başladılar. “Qarabağ” Avropada hər bir komanda üçün təhlükəli rəqib sayılır. “Qarabağ”a afərin. Onlar tənqidə layiq deyillər”.

Namiq HUN

tag: Braqa ,Murad Musayev, Qurban Qurbanov, Dəstək, todaypress.az,