Murad Musayev cəzalandırıldı
İdman
12.12.2024 18:19
“Sabah”ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev biri şərti olmaqla iki oyunluq cəzalandırılıb.
TodayPress xəbər verir ki, qərar Rusiya Futbol İttifaqının İntizam Komitəsinin bugünkü iclasından sonra açıqlanıb.
Musayev “Lokomotiv”ə qarşı keçirilən Premyer Liqa matçında qırmızı vərəqə alıb. O, köməkçi hakimin ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən mütəxəssis komitənin iclasına dəvət olunub.
Xatırladaq ki, Murad Musayev 2021-2024-cü illərdə “Sabah” klubunun baş məşqçisi olub.
Namiq HUN
tag: Liqa ,Murad Musayev, İntizam, Cəza ,todaypress.az,