Murad Fətiyev milliyə dəvət aldı
Azərbaycanı Monteneqroda keçiriləcək cüdo üzrə Avropa çempionatında təmsil edəcək daha bir idmançının adına aydınlıq gəlib.
TodayPress Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Podqoritsada 90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizə aparacaq.
Qeyd edək ki, cüdoçumuz qitə çempionatına Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunun qalibi kimi qatılacaq.
Aprelin 23-dən 27-dək təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.
Namiq HUN
tag: Murad Fətiyev,CÜdo,Milli Komanda ,Dəvət,Todaypress.az,