Murad Fətiyev heyətdən çıxarıldı

İdman

30.01.2025 15:10

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişik edilib.

TodayPress xəbər verir ki, yığma komandamız ilin ilk “Böyük Dəbilqə” turnirində 10 idmançı ilə təmsil olunacaq.

Fevralın 1-2-də Fransanın paytaxtı Parisdə keçiriləcək yarış üçün Murad Fətiyev (90 kq) heyətdən çıxarılıb. Səbəb onun zədəsini sağalda bilməməsidir. 

Qeyd edək ki, 54 ölkədən 300-dən çox cüdoçunun qatılacağı turnirdə Azərbaycanı Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşid Yelkiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli (81 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) təmsil edəcəklər.

Namiq HUN

tag: Cüdo ,Azərbaycan ,Böyük Dəbilqə,Fransa,Murad Fətiyev,todaypress.az,