Münhen qarşılaşmasını İspaniya qazandı
İdman
10.07.2024 01:19
Futbol üzrə Avropa
çempionatında yarımfinal mərhələsi start götürüb.
TodayPress xəbər
verir ki, ilk finalçının adina Münhendə aydınlıq gəlib.
“Alyans Arena”da İspaniya
millisi Fransa ilə qarşılaşıb. Yarımfinala qədər olan məsafəni qüsursuz qət edən
pireneylilər bu dəfədə ənənələrinə sadiq qalıblar. 6 matç, 6 qələbə. Baxmayaraq
ki, ilk qol çempionatın favoriti sayılan “xoruzlar”dan gəlib.
Qarşlaşmanın 9-cu dəqiqəsində
Randal Kolo Muani Fransa yığmasını hesabda irəli çıxıb 1:0. Amma erkən qol rəqiblərini
çətinliklə keçən fransızların Almaniya dəst-xəttini dəyişməyib. İspaniya 4 dəqiqəyə
2 qol vurmaqla Fransanı finala aparan yolda büdrədib. 21-ci dəqiqədə Lamin
Yamal oyunda status-kvonu bərpa edib 1:1. 25-ci dəqiqənin tamamında isə Jül
Kunde avtoqolla “Qırmızı furiya”nı hesabda irəli çıxarıb. Və matç İspaniya
millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İspaniya yığma komandası
Münhen uğuru ilə Avropa çempionatları tarixində 5-ci dəfə finala çıxıb.
Qeyd edək ki, ikinci finalçının adına İngiltərə və Niderland millilərinin Dortmund qarşılaşmasından sonra aydınlıq gələcək.
Namiq HUN
tag: AVRO-2024, todaypress.az, Alyans Arena, Fransa, Ispaniya,