Mundialların 100 ili Madriddə qeyd olunacaq

İdman

26.06.2024 14:36

FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatının finalını “Real Madrid” klubunun stadionunda keçirmək istəyir.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası dünya çempionatının həlledici matçını Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirməyi planlaşdırır. 

2030-cu il dünya çempionatının final hissəsinin yayda İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməsi nəzərdə tutulub. Uruqvay, Argentina və Paraqvay turnirin bir açılış oyununa ev sahibliyi edəcək. Dünya Kuboku ilk dünya çempionatından düz yüz il sonra baş tutacaq.

23-cü Dünya Çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək. Turnirin final hissəsi bir aydan bir qədər çox, iyunun 11-dən iyulun 19-dək davam edəcək. Final matçı Amerika Birləşmiş Ştatlarının “Metlayf” stadionunda baş tutacaq.

Hazırkı dünya çempionu, finalda İtaliya yığma komandasına qalib gələn Argentina millisidir. 

Namiq HUN

tag: Madrid, Dünya, Çempion, Kubok, Argentina, todaypress.az,