Mundialın finalı Kral Salman stadionunda keçiriləcək

İdman

30.11.2024 11:46

Futbol üzrə 2034-cü il dünya çempionatının final oyununun keçiriləcəyi stadion məlum olub.

TodayPress FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. 

Final matçı Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. 

Ümumilikdə Səudiyyə Ərəbistanının 5 şəhərinin 15 stadionu dünya çempionatı matçlarını qəbul edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

Namiq HUN

tag: FIFA, Kral Salman,Səudiyyə Ərəbistan,Avstraliya, Dünya, todaypress.az,