Multi-idman oyunu başlamadan rekord qırdı

İdman

12.07.2024 13:00

Paris-2024 Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

TodayPress xəbər verir ki, indiyə qədər 8.6 milyon bilet satılıb.

Təşkilatçılar Paralimpiya Oyunlarına daha bir milyon bilet satıblar. 

Xatırladaq ki, bilet satışında son rekord 8,3 milyon biletlə 1996-cı il Atlanta Olimpiadasında qeydə alınıb.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Namiq HUN

tag: Paris 2024, Olimpiya Oyunları, Atlanta, Təşkilatçılıq, Bilet Satışı, todaypress.az,