Müllerin atı Paris Olimpiadasının qalibi oldu
İdman
07.08.2024 17:45
“Bavariya” klubunun hücumçusu Tomas Müller Paris Olimpiadasında alman çapar Kristian Kukukun “Dama” adlı atla qələbəsində iştirak edib.
TodayPress xəbər verir ki, bu uğurda Müller də pay sahibidir. Forvardın “Dama”nın hazırlanmasında əli olub.
34 yaşlı futbolçu tövlə sahibidir. Tomas həyat yoldaşı ilə birlikdə, “Dama” da daxil olmaqla, bir neçə ata qulluq edir.
Çaparların yarışında ikinci yeri isveçrəli Stiv Gerda, üçüncü yeri isə Niderland təmsilçisi Maykel van der Vleuten tutub.
Namiq HUN
tag: Bavariya, Tomas Müller, Paris, Forvard,Dama, todaypress.az,