Müller “Bavariya”dan ayrılacağını açıqladı

İdman

05.04.2025 15:00

1915

Almaniyalı futbolçu Tomas Müller cari mövsüm başa çatdıqdan sonra “Bavariya” klubundan ayrılacaq.   

TodayPress xəbər verir ki, hücumçu sosial şəbəkələr vasitəsilə Münhen təmsilçisində çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını bildirib. 

Müller 2000-ci ildən “Bavariya”da top qovur.

Karyerasını bu kluba həsr edən forvard 12 dəfə Almaniya çempionu, 2 dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb. 

Qeyd edək ki, 35 yaşlı futbolçu cari mövsüm “Bavariya”nın heyətində meydana çıxdığı 36 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Tomas Müller,Bavariya,Münhen,Futbol,Karyera,Todaypress.az,