Mudrik müvəqqəti diskvalifikasiya olundu

İdman

17.12.2024 16:08

2396

“Çelsi” klubunun və Ukrayna millisinin futbolçusu Mixail Mudrik diskvalifikasiya olunub.

TodayPress xəbər verir ki, bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib.

23 yaşlı yarımmüdafiəçi müvəqqəti olaraq oyunlardan kənarlaşdırılıb. Dopinq testinin A probu müsbət nəticə verən Mudrik yekun qərar çıxarılana qədər “Çelsi”nin formasını geyinə bilməyəcək. Futbolçu ilə bağlı qərar isə B probunun yoxlanışından sonra veriləcək.

Qeyd edək ki, Mudrikdən dopinq test oktyabr ayının sonlarında götürülüb.

Namiq HUN

tag: Mudrik, yekun, Dopinq,Futbol, todaypress.az,