Mudrik hökmdən apellyasiya şikayəti verdi

İdman

08.04.2025 14:42

11

Mudrikin təkrar dopinq testinin nəticəsi bəlli olub.   

TodayPress xəbər verir ki, ukraynalı futbolçunun “B” nümunəsinin nəticəsinin müsbət olduğu bildirilir. 

Futbolçunun ətrafı dərhal hökmdən apellyasiya şikayəti verərək vəziyyət tam açıqlanana qədər nəticəni elan etməmək qərarına gəlib. Mudrikin qərarının müdrik olub olmadığını zaman göstərəcək.   

Dopinqdən istifadə faktı təsdiqlənərsə, Mudrik dörd ilə qədər diskvalifikasiya oluna bilər. 

Xatırladaq ki, 2024-cü il dekabrın 16-da “Çelsi” klubunun ukraynalı vingeri Mixail Mudrikin dopinq testi müsbət çıxmışdı. Futbolçu və ictimaiyyət uzun müddətdir ki, “B” nümunəsinin nəticələrini gözləyirdi.   

Namiq HUN

tag: Çelsi,Mixail Mudrik,Futbol,Dopinq,Todaypress.az,