Müdafiəçi yeni klubunda 5 qol vurdu

İdman

21.10.2024 14:45

İtaliyanın “Roma” və “Napoli” klublarının keçmiş müdafiəçisi Kostas Manolas yeni transfer olunduğu “Pannaxiaikos”un heyətində ilk oyunda 5 qol vurub.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan yığmasının keçmiş futbolçusu Regional Liqada “Marpissaikos”la matçda hücumçu olaraq, 34 dəqiqə ərzində beş dəfə fərqlənməyi bacarıb.

Kostas Manolas 35-ci dəqiqədə əvəzlənib. “Pannaxiaikos” isə 12:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Roma”nın heyətində 200-dən çox, Yunanıstan millisində isə 42 oyun keçirib.

Namiq HUN

tag: İtaliya, Roma, Napoli, Yunanıstan, Milli, todaypress.az,