Müdafiəçi Maldininin rekordunu təkrarladı

İdman

28.09.2024 14:24

“Milan” klubunun müdafiəçisi Teo Ernandes A Seriyasının VI turu “Leççe” ilə oyunda komandasının ikinci qolunu vurmaqla rekorda imza atıb. 

TodayPress xəbər verir ki, bu fransalı futbolçunun “rossoneri” formasında ümumi hesabda 29-cu qolu olub.

“Opta”nın məlumatına görə, Teo bu uğuru ilə Paolo Maldininin rekordunu təkrarlayaraq, “Milan” tarixində İtaliya çempionatında ən məhsuldar iki müdafiəçidən biri olub.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 7 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

"Milan"dan ayrılacağı barədə yayılan məlumata münasibət bildirən Ernandes bundan sonra da “rossoneri”lərin uğurları üçün çalışacağını deyib:

“Mən Milanda xoşbəxtəm. Burada hər kəs mənə sevgisini göstərir və bu çox vacibdir".

Qeyd edək ki, Teo Ernandes 2019-cu ildən "Milan"da oynayır. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. 

Namiq HUN

tag: Milan,Teo Ernandes,Müqavilə ,Leççe ,todaypress.az,