Müdafiəçi “Loqrones”ə mərhələ qazandırdı

İdman

05.12.2024 13:42

1236

Futbol üzrə İspaniya kubokunun 1/32 final mərhələsində 4-cü liqa klubu “Loqrones” La Liqa təmsilçisi “Jirona”nı penaltilər seriyasında məğlub edib.

TodayPress xəbər verir ki, matçın əsas vaxtı qolsuz bərabərliklə bitdiyindən əlavə hissələr oynanılıb.

Matç zamanı “Loqrones”in qolkiperi Enrike Royo zədələnib. Komanda bütün əvəzetmələrdən istifadə etdiyindən qapıya müdafiəçi Pol Arnau keçib. Qapısını toxunulmaz saxlayan gənc ispaniyalı futbolçu penaltilər seriyasında Abel Ruizin zərbəsini dəf edərək “Loqrones”i növbəti mərhələyə çıxarıb.

Namiq HUN

tag: Matç ,Komando , Qol ,Liqa ,todaypress.az,