Müdafiəçi futbol direktoru oldu
İdman
10.01.2025 16:47
Mərakeş yığmasının sabiq futbolçusu Mehdi Benatianın Fransanın “Marsel” klubundakı yeni vəzifəsi açıqlanıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Marsel təmsilçisində futbol direktoru vəzifəsinə təyin olunub.
Benatis buna qədər idman məsləhətçisi kimi çalışıb.
Qeyd edək ki, Mehdi Benatia 2021-ci ildə futbolçu karyerasını bitirib. Sabiq müdafiəçi Avropanın “Yuventus”, “Roma” və “Bavariya” kimi klublarında forma geyinib. O, 2023-cü ildən “Marsel” klubunun İdarə Heyətində yer alıb.
Namiq HUN
tag: Futbol ,Klub, Marsel ,yığma ,todaypress.az,