MS Virtsə görə iki futbolçusundan imtina etdi

İdman

11.12.2024 14:10

“Mançester Siti” klubu “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtsi transfer etmək üçün çalışır.

TodayPress “TBR Football”a istinadən xəbər verir ki, “şəhərlilər” alman futbolçuya əsas namizədlər sırasındadır.

“Mançester Siti” Virts üçün müqavilənin bir hissəsi olaraq Leverkuzen təmsilçisinə Oskar Bobb və ya Ceyms Makatini təklif etməyə hazırdır. Təklif “əczaçılar”ın bahalı 21 yaşlı yarımmüdafiəçisinin transfer xərclərini azaldacaq.

Qeyd edək ki, “Transfermarkt” portalı Florian Virtsin dəyərini 130 milyon avro qiymətləndirir. 

“Mançester Siti”nin gənc yarımmüdafiəçiləri, 21 yaşlı Bobun qiyməti 25, 22 yaşlı Makatinin isə 12 milyon avrodur.

Namiq HUN

tag: MS, Futbol, Yarımmüdafiə, Müqavilə, todaypress.az,