Moyes fevralın ən yaxşısı oldu

İdman

14.03.2025 18:15

745

Devid Moyes Premyer Liqada ayın baş məşqçisi seçilib.   

TodayPress xəbər verir ki, “Everton”un çalışdırıcısı mükafat uğrunda mübarizədə “Kristal Pelas”dan Oliver Qlasneri, “Tottenhem”dən Ange Postekoqlunu, “Fulhem”dən Marko Silvanı və “Liverpul”dan Arne Slotu qabaqlayıb. 

Moyes karyerasında 11-ci dəfə Premyer Liqada ayın baş məşqçisi seçilib. O, göstəricidə Pep Qvardiola ilə bərabərləşib.   

Mükafatı daha çox yalnız Aleks Fergüson (27 dəfə) və Arsen Venger (15) alıblar. 

“Everton” Moyesin rəhbərliyi ilə fevral ayında Premyer Liqada keçirdiyi 5 oyunda 2 qələbə qazanıb və 3 heç-heçə edib.   

Namiq HUN

tag: Everton,Devid Moyes,Baş Məşqçi,Futbol,Todaypress.az,