Mourinyoya intizam işi açılacaq
“Fənərbağça”nın baş məşçisi Joze Mourinyoya hansı cəzanın veriləcəyi müzakirə olunur.
TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, onun barəsində intizam işi açılacaq.
Məsələyə “idmançıya yaraşmayan hərəkət” işinə görə baxılarsa, 62 yaşlı mütəxəssis 1-3 oyun arası cəza alacaq.
Yox, əgər intizam işi Futbol İntizam Təlimatının 44-cü maddəsi (fiziki təzyiq) üzrə açılsa, bu halda Mourinyoya 5-10 matç arası cəza veriləcək.
Yekun qərarı yaxın günlərdə Türkiyə Futbol Federasiyası verəcək.
Xatırladaq ki, “Fənərbağça” klubunun portuqaliyalı çalışdırıcısı “Qalatasaray”a uduzduqları ölkə kubokunun 1/4 final matçından sonra rəqib həmkarı Okan Burukun burnundan tutub.
Bundan sonra “Qalatasaray”ın baş məşqçisi yerə yıxılıb.
Namiq HUN
tag: Fənərbağça,Joze Mourinyo,Matç ,Qalatasaray,Todaypress.az,