Mourinyo rəhbərlikdən Joao Feliksin keçidini istədi
İdman
17.06.2024 11:20
"Fənərbağça" klubu "Atletiko Madrid"in hücumçusu Joao Feliksi heyətinə qatmaqda maraqlıdır.
TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin yeni baş məşqçisi Joze Mourinyo hücumçunun keçidi ilə şəxsən maraqlanır. O, və Feliksin maraqlarını təmsil edən agenti Jorje Mendeş, komandasını dəyişməyə inandırmaq üçün “Atletiko”nun futbolçusu ilə görüşməyə hazırlaşır. "Fənərbağça" Joao Feliksi icarəyə götürmək istəyir.
24 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. O, Kataloniya klubunun heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt portalında forvardın bazar dəyəri 30 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Mourinyo, Joao Feliksin, Fənərbağça, İstanbul, Futbol, todaypress.az,