Mourinyo "Qalatasaray"ı məhkəməyə verdi
"Fənərbağça"nın
baş məşqçisi Joze Mourinyo "Qalatasaray"a qarşı mənəvi təzminat
iddiası qaldırıb.
TodayPress
"Haber
Global"a istinadən məlumat verir ki, bu barədə "sarı-lacivərdli"
klubdan açıqlama verilib.
Bildirilib
ki, Mourinyo onun şəxsiyyətinə və şəxsi hüquqlarına edilən hücum səbəbi ilə
"Qalatasaray"dan mənəvi təzminat tələb edir.
Təzminatın
məbləği 1 milyon 907 min türk lirəsi (təxminən 88 790 min manat) həcmində
müəyyən edilib.
tag: Fənərbağça, Futbol, Oyun, Qalatasaray, todaypress.az,