Mourinyo milli komanda çalışdıracaq?

İdman

15.05.2025 16:15

13

“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya Futbol Federasiyası ilə anlaşıb. 

TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, onun Portuqaliya yığma komandasının baş məşqçisi təyin olunacağı iddia edilir. Bu bir ilk olacaq. 62 yaşlı portuqaliyalı mütəxəssis indiyədək heç vaxt milli komandalarda işləməyib.

Mourinyonun milli komandanın sükanı arxasına Millətlər Liqasının iyunda baş tutacaq final turnirindən sonra keçəcəyi bildirilir. 

Hazırda Portuqaliya yığma komandasına Roberto Martinez rəhbərlik edir. Ötən ilin yayından “Fənərbağça”nı çalışdıran Joze Mourinyonun İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Namiq HUN

tag: Fənərbağça,Joze Mourinyo,Portuqaliya,Futbol Federasiyası,