Mourinyo: “Kriştiano İstanbula yemək yeməyə gələ bilər”

İdman

25.11.2024 10:13

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu komandasına dəvət etməsindən danışıb.

TodayPress xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisinin İstanbul təmsilçisinə keçidini uydurma adlandırıb. 

“Kriştiano İstanbula yemək yeməyə gələ bilər, çünki şəhər Səudiyyə Ərəbistanından Portuqaliyaya gedən yolun ortasındadır. Ya da o, öz şəxsi təyyarəsində dostu Mourinyonun yanına gəlib, hoteldə yemək yeyə bilər. Ronaldonun “Fənərbağça”ya keçidindən yazanlar ya yazdıqlarından xəbərləri yoxdur, ya da gülməli xəbərlər uydurmaqla xoşbəxt olurlar”. 

Qeyd edək ki, daha əvvəl mətbuatda Mourinyonun Ronaldonu “Fənərbağça”ya dəvət etməsi ilə bağlı xəbərlər yayılmışdı. 

Namiq HUN

tag: Mourinyo, Fənərbağça, Əl-Nəsr, Hücumçu, İstanbul, Kriştiano, todaypress.az,