Mourinyo karyerasının ən qeyri-adi sarı vərəqəsini aldı

İdman

30.09.2024 10:18

"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının 7-ci turunda səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəlib.

TodayPress xəbər verir ki, bu oyunda İstanbul klubunun baş məşqçisi Joze Mourinyo karyerasının ən qeyri-adi sari vərəqəsini alıb. 

Matçın 77-ci dəqiqəsində VAR sistemi tərəfindən Edin Cekonun oyundankənar vəziyyətdə olduğu bildirilərək qolu ləğv edilib. Lakin oyuna təkrar baxıldıqda, bosniya və herseqovinalı futbolçunun düzgün mövqedə olduğu müəyyən edilib. Mourinyo VAR rəsmisinin səhv etdiyini sübut etmək üçün lazımi görüntülərin olduğu noutbuku birbaşa televiziya kamerasının qarşısına qoyub. Bu da dərhal canlı yayımda görünüb.

Nəticədə portuqaliyalı məşqçiyə xəbərdarlıq etmək üçün hakimə məlumat verilib.

Namiq HUN

tag: Mourinyo ,Edin Cekon ,Portuqaliya ,Türkiyə ,Fənərbağça,todaypress.az,