Mourinyo İngiltərəyə qayıtmaq istəyir
İdman
09.11.2024 12:28
“Fənərbağça” klubunu çalışdıran portuqaliyalı mütəxəssis Joze Mourinyo Eddi Haunun “Nyukasl”dan qovulacağı təqdirdə komandada baş məşqçi vəzifəsini yerinə yetirmək istəyir.
TodayPress “The Guardian”a istinadən xəbər verir ki, Mourinyo “Nyukasl” klubunu İngiltərəyə qayıtmaq üçün ən optimal yer hesab edir.
Vasitəçiləri klub düşərgəsində baş verən hər hansı hadisə ilə bağlı 61 yaşlı mütəxəssisə məlumat verirlər.
Məşqçi şəxsən “Nyukasl”ın idarə heyətinin sədri Yasir ər-Rumayyanla görüşüb və onunla əlaqə saxlayır.
Hazırda “Nyukasl”ın baş məşqçisi Eddi Haunun postunu tərk etmək niyyətində olmadığı vurğulanır. “Arsenal” üzərində qələbədən sonra məşqçiyə inam artıb.
“Nyukasl” Premyer Liqanın 10 turundan sonra 15 xalla 11-ci yerdədir.
Namiq HUN
tag: Futbol, Mourinyo, İdman, Nyukasl, The Guardian, todaypress.az,