Mourinyo İngiltərə Premyer Liqasına qayıdır - İDDİA
İdman
04.10.2024 13:20
"Fənərbağça" futbol klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.
TodayPress "Football Insider"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mövsümün sonunda "Everton"a keçəcək.
Bu Liverpul təmsilçisinin səhmlərinin 94 %-ni almaq barədə razılığa gələn amerikalı milyarder Den Fridkin gəlişindən sonra baş tutacaq.
Mourinyonun mümkün gəlişi məhz yeni rəhbərliyin baş məşqçini dəyişmək qərarı ilə bağlıdır.
Xatırladaq ki, Joze Mourinyo və Den Fridkin daha əvvəl, “xüsusi” "Roma" klubunda çalışarkən əməkdaşlıq ediblər.
Namiq HUN
tag: Fənərbağça ,Futbol ,Joze Mourinyo ,İngiltərə ,Baş Məşqçi ,todaypress.az,