Mourinyo hərəkətinə görə cəzalandırıldı

İdman

06.04.2025 01:34

2133

Joze Mourinyo Türkiyədə 3 oyunluq cəzalanıb.

TodayPress xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Türkiyə kubokunda "Qalatasaray"la derbidən (1:2) sonra həmkarı Okan Burukun burnundan yapışıb.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi portuqaliyalının 3 oyunluq diskvalifikasiyasına qərar verib.

Qurum Burukun Mourinyonu təxribata çəkdiyini düşündüyü üçün daha ağır cəza seçməyib.

 

tag: Cəza, Joze Mourinyo, Oyun, Qalatasaray, Okan Buruk, Tütkiyə, todaypress.az,