Mourinyo hədəflərini açıqladı: Hon min Son "Fənərbağça"ya gəlir?

İdman

31.12.2024 10:30

"Fənərbağça" transfer hazlrlıqlarını davam etdirir.

TodayPress xəbər verir ki, Joze Mourinyo "Tottenhem"dən Hon min Sonu komandaya cəlb etmək istəyir. Bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mövsümün sonunda Cənubi Koreyalının Premyer Liqa klubu ilə müqaviləsi başa çatacaq. 

Mütəxəssis eyni zamanda "Çelsi"dən Joao Feliksi də icarə əsasında "sarı-lacivərtlilər"ə gətirmək niyyətindədir.

Mourinyo son olaraq adı bir müddət "Qalatasaray"la hallanan Nikola Zalevskini "Roma"dan transfer etməyi planlaşdırır. Paytaxat klubu polşalı üçün ən azı 5 milyon avro tələb edir.

tag: Fənərbağça,Transfer,Joze Mourinyo,Tottenhem,todaypress.az,