Mourinyo “Fənərbağça”dan ayrılır?
Joze Mourinyo “Fənərbağça” futbol klubunun rəhbərliyi ilə görüşərək ayrılmaq istədiyini bildirib.
TodayPress “Fanatik” nəşrinə istinadən xəbər verir ki, o, klub rəhbərliyi ilə görüşərək ayrılmasının səbəbini mətbuat konfransı keçirəcəkləri təqdirdə açıqlayacağını bildirib.
İstanbul təmsilçisinin rəsmiləri Joze Mourinyonun təzminatını ödəmək istəmədikləri üçün ondan anlayış göstərməsini tələb ediblər.
Portuqaliyalı mütəxəssisin “Fənərbağça” klubu ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
Namiq HUN
tag: Joze Mourinyo,Fənərbağça,Klub,Baş Məşqçi,Todaypress.az,