Mourinyo feliksi ixtiyarında görmək istəyir

İdman

28.12.2024 11:38

2778

“Fənərbağça” “Çelsi”nin hücumçusu Joao Feliksi icarəyə götürməkdə maraqlıdır.

TodayPress AS nəşrinə istinadən xəbər ver ir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo klubun “Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Taliskanı yox, Feliksi mövsümün sonuna qədər icarəyə götürməsini istəyir.

Portuqaliyalı futbolçunun “Çelsi”də aldığı oyun müddətindən narazı olduğu vurğulanır. 

Feliks cari mövsüm London təmsilçisinin heyətində bütün yarışlarda 16 matçda iştirak edib və 787 dəqiqə meydanda olub.

Qeydc edək ki, yarımmüdafiəçi ötən ilin yayından “Çelsi”də top qovur. Feliksin klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. 

Transfermarkt portalında futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: Portuqaliya ,Futbolçu ,Çelsi, Müddət, todaypress.az,